...

Türkiyə Suriyanın şimalından gələn təhdidlərə dözmək niyyətində deyil - Ərdoğan

Gündəm Materials 12 Oktyabr 2021 04:38 (UTC +04:00)

Bakı. Trend:

Ankara artıq Suriyada Türkiyəyə qarşı terror hücumlarının mənbəyi olan ərazilərlə bağlı dözmək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Türkiyə lideri bildirib: "Polis əməkdaşlarımıza edilən son hücum ("Fərat qalxanı" əməliyyatı zonasında) və torpaqlarımıza hədəflənən basqınlar artıq səbr çasamızı doldurub. Bu problemləri ən qısa zamanda həll etmək üçün lazımi addımları atacağıq".

Onun sözlərinə görə, Türkiyə "Suriyanın şimalından gələn təhdidləri ya orada fəaliyyət göstərən yerli qüvvələrlə birlikdə, ya da öz vasitələri ilə ortadan qaldırmaqda qətiyyətlidir".

Qeyd edək ki, Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində zirehli maşının PKK/PYD terrorçularının raket hücumu nəticəsində Türkiyə xüsusi təyinatlı polis bölməsinin iki zabiti öldürüldü, daha üç xüsusi təyinatlı yaralandı.

Dövlət başçısı "siyasi partiyalardan özəl sektora və qeyri-hökumət təşkilatlarına qədər Türkiyə cəmiyyətinin bütün təbəqələrini tarixi "Yaşıl İnkişaf" layihəsinə dəstək verməyə" çağırdı.

R.T.Ərdoğan ölkə hakimiyyəti Türkiyənin Ətraf və Şəhərsalma Nazirliyinin adını Ətraf, Şəhərsalma və İqlim məsələləri üzrə Nazirliyi olaraq dəyişdirmək qərarına gəldiyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti