Bakı. Trend:
Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.
Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.