...

İsmayıllı meşəsində qanunsuz ağac kəsilib

Gündəm Materials 18 Oktyabr 2021 15:00 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

İsmayıllı rayonu, Buynuz kəndindəki meşədə ağacın kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyi olduğu və qurumuş bir ağacın kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, ərazidəki bioloji inkişafdan qalaraq quruyan və küləkli hava şəraitində aşma təhlükəsi olan qurumuş bir ağac kəsilərək İsmayıllı rayonunun qazlaşdırılmamış kəndlərinin əhalisinin oduncaq tədarükü üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti