Bakı. Çingiz Səfərli - Trend:
Bu gün məktəblərin tamamilə distant tədrisə keçirilməsi gündəmdə deyil.
Bunu Trend-ə açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
O bildirib ki, çünki məktəblərdə koronavirusla əlaqəli kritik vəziyyət yoxdur: "Əgər bu barədə hər hansı qərar qəbul edilsə, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu günə olan məlumatlar vəziyyətin gərgin olmadığını göstərir".