...

Azərbaycan Ukrayna Konqresi Multikulturalizm Mərkəzində Zəfər Gününü qeyd edib (FOTO)

Gündəm Materials 5 Noyabr 2021 17:36 (UTC +04:00)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin iştirakı ilə onlayn konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir Ukrayna ilə telekörpü şəklində baş tutub. Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Yuri Osadçenko, BBMM-in müşaviri Aytən Qəhrəman, Azərbaycan Ukrayna Konqresi Yasamal rayon nümayəndəsi Lidiya Şestak – Əliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri polkovnik Mehdi Mehdiyev, polkovnik Ariz Məmmədov, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Alban- Udi Xristian İcmasının sədri Robert Mobili, Axıska Türkləri "Vətən" İctimai Birliyinin sədri İsmayıl Rəhimov, eləcə də ölkəmizdəki milli icmaların nümayəndələri iştirak ediblər. Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuri Osadçenko konfrans iştirakçılarını salamladıqdan sonra, Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki ölkənin himni səslənib və Konqresin fəaliyyəti haqda qısa videomaterial nümayiş olunub. Ukraynadakı Azərbaycan diasporası adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu telekörpü vasitəsilə çıxış edərək, Ukraynadan konfransa qatılan iştirkaçıları təqdim edib. Konfransda çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı - Vətən müharibəsi ilə bağlı düşüncələrini bölüşüb, Zəfər günü təbriklərini çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti