...

Zəfər Günü münasibətilə Türkiyədə silsilə tədbirlər keçirilir (FOTO/VİDEO)

Gündəm Materials 6 Noyabr 2021 14:49 (UTC +04:00)

Bakı. Trend:

Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Səfirliyin nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Ankara şəhərində təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar və qardaş ölkənin digər dövlət və hökumət nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, həmçinin Ankarada müalicə alan qazilərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi orkestrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti