...

Güclü külək elektrik qatarlarını ləngidib, sürət endirilib - RƏSMİ

Gündəm Materials 16 Noyabr 2021 11:07 (UTC +04:00)
Güclü külək elektrik qatarlarını ləngidib, sürət endirilib - RƏSMİ

Bakı. Fərid Zöhrabov -Trend:

Paytaxtda əsən güclü külək qatarların fəaliyyətinə də təsir göstərib.

Kəskin hava şəraiti (güclü küləyin əsməsi) ilə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Ona görə də, bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti