...

DİN: Şamaxıda baş verən zəlzələdə dağıntı və insan tələfatı qeydə alınmayıb

Gündəm Materials 20 Noyabr 2021 21:32 (UTC +04:00)

Bakı. Trend:

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.

“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, - deyə DİN-in məlumatında qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti