...

ABŞ plana uyğun olaraq Azərbaycana növbəti mina axtaran itlər göndərəcək

Gündəm Materials 21 Noyabr 2021 20:17 (UTC +04:00)

Bakı. Trend:

ABŞ plana uyğun olaraq Azərbaycana növbəti mina axtaran itlər göndərəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

"İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər. Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici mina axtaran 30 it hədiyyə ediləcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti