...

Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN

Gündəm Materials 25 Noyabr 2021 10:07 (UTC +04:00)
Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

Bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvlərinin bildirdiyinə görə, naməlum şəxs onu avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti