...

Bakıda NATO-nun təlim kursu keçirilib

Gündəm Materials 3 Dekabr 2021 16:12 (UTC +04:00)
Bakıda NATO-nun təlim kursu keçirilib

Bakı. Trend:

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.

Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti