...

Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb

Gündəm Materials 9 Dekabr 2021 13:50 (UTC +04:00)
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

"Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti