...

İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb

Gündəm Materials 9 Dekabr 2021 14:06 (UTC +04:00)
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

Bildirilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti