Bakı. Elçin Mehdiyev - Trend:
"Media haqqında" qanun layihəsinin yaradılması zəruri idi. Çünki köhnə qanunun qəbul edilməsindən uzun zaman keçib. Artıq ölkədə yeni reallıqlar yaranıb.
Trend-in məlumatına görə, bunu deputat Elman Nəsirov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, çıxışında mətbuat nümayəndələrinin attestasiyadan keçirilməsinin məqbul olacağını bildirib.
O qeyd edib ki, bu gün həm ölkədaxili, həm də beynəlxalq arenaya ölkə həqiqətlərini çatdıran kifayət qədər mətbuat nümayəndələri var.
“Lakin beynəlxalq auditoriya üçün çalışan xaricidilli jurnalistlərə böyük tələbat var”, - deyə E.Nəsirov bildirib.