...

Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırıldı

Gündəm Materials 1 Yanvar 2022 04:25 (UTC +04:00)
Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırıldı

Bakı. Humay Ağacanova - Trend:

Bu gündən Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti