...

Ötən il korrupsiyada günahlandırılan 492 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Gündəm Materials 10 Yanvar 2022 12:00 (UTC +04:00)
Ötən il korrupsiyada günahlandırılan 492 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı. Samir Əli - Trend:

Ötən il korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluqda ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilir.

Müşavirədə qeyd edilib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti