...

Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

Gündəm 18 Yanvar 2022 15:30 (UTC +04:00)
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten sosial yönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.

"Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb,"-deyə qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti