...

Prokurorluq AAYDA əməkdaşlarının minaya düşməsilə bağlı araşdırmalara başladı

Gündəm Materials 18 Fevral 2022 15:43 (UTC +04:00)
Prokurorluq AAYDA əməkdaşlarının minaya düşməsilə bağlı araşdırmalara başladı

Bakı. Samir Əli - Trend:

Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti