...

Qdanskda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Gündəm Materials 22 Fevral 2022 13:33 (UTC +04:00)
Qdanskda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Qdanskdakı azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə baş tutan aksiya şəhərin qədim hissəsindəki izdihamlı Dluqa küçəsində yerləşən Qdansk Milli Müzeyinin (keçmişdə əsas şəhər Ratuşası binası) önündə gerçəkləşdirilib.

Aksiya zamanı gənc soydaşlarımız Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotoları nümayiş etdiriblər. Yerli sakinlərə qırmızı qərənfillər, ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu QR-kodlu bukletlər və fincanlar paylanılıb. Nəzərə çatdırılıb ki, kod vasitəsilə Xocalı soyqırımına dair ətraflı məlumat əldə etmək mümkündür.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil edilən aksiya yerli sakinlərin böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti