...

AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib

Gündəm Materials 24 Fevral 2022 11:37 (UTC +04:00)
AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti