...

1100 Azərbaycan vətəndaşı Kiyevdən Ukrayna-Moldova sərhədinə yola salınıb (FOTO)

Gündəm Materials 2 Mart 2022 17:17 (UTC +04:00)
1100 Azərbaycan vətəndaşı Kiyevdən Ukrayna-Moldova sərhədinə yola salınıb (FOTO)

Bakı. Trend:

Bu gün 1100 Azərbaycan vətəndaşı Kiyevin dəmir yolu vağzalından qatarla Mogilyov-Podolsk şəhərinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşları üçün planlaşdırılan qatara minik biletsiz, canlı növbə əsasında həyata keçirilib.

Ukraynanın Vinnitsa vilayətinə daxil olan Mogilyov-Podolsk şəhəri Moldova ilə sərhəddə yerləşir. Son məntəqəyə çatdıqdan sonra vətəndaşlarımızın Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Onlar Moldova ərazisində yarana biləcək məsələlərlə bağlı Azərbaycan Respublikasının Moldovadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər:

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti