...

"Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı

Gündəm Materials 17 Mart 2022 16:02 (UTC +04:00)
"Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa buraxılıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti