...

Bölmələrimiz güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsini davam etdirir - MN

Gündəm Materials 25 Mart 2022 11:20 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bunu Trend-ə Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

"Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir",- məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti