Bakı. Trend:
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sabaha planlaşdırılan danışıqlar İstanbuldakı "Dolmabağça" prezident iqamətgahında keçiriləcək.
Trend-in məlumatına görə, görüşün bağlı qapılar arxasında keçiriləcəyi və yerli vaxtla saat 10:30-da başlayacağı gözlənilir.
Media nümayəndələri iqamətgahın qarşısındakı xüsusi ayrılmış ərazidən reportajlar apara biləcəklər.