...

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 3 Aprel 2022 18:44 (UTC +04:00)

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Əfqan Nəsirov və Teymur Həsənovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları, Yasamal və Nəsimi rayonu İcra Hakimiyyətlərinin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Anım tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına şəhidlərimizin ömür və döyüş yolundan bəhs olunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edilir.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti