...

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edildi

Gündəm Materials 8 Aprel 2022 14:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, qanuna əsasən qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.

Belə ki. qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Xəbər lenti

Xəbər lenti