...

Zaqatalada ətraf mühiti çirkləndirən 14 nəfər cərimələnib

Gündəm Materials 18 Aprel 2022 19:15 (UTC +04:00)
Zaqatalada ətraf mühiti çirkləndirən 14 nəfər cərimələnib

Bakı. Trend:

Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb və 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti