...

Silahlı Qüvvələr Günü münasibətilə media-turlar təşkil edilib (FOTO)

Gündəm Materials 24 İyun 2022 16:03 (UTC +04:00)
Silahlı Qüvvələr Günü münasibətilə media-turlar təşkil edilib (FOTO)

Bakı. Trend:

26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, media-turlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

Media nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə, eləcə də Azərbaycan Ordusunun dövlət sərhədində yerləşən döyüş mövqelərində olublar, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti