Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisə baş verən an S.Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o, ekspertizaya göndərilməlidir.
Məhkəmə vəsatəti təmin edib və S.Cəfərov Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi
rayonunda baş verib.
1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti
Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət
yetirərək qətlə yetirib.
S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.