...

İtaliyada sutka ərzində 130 mindən çox insan koronavirusa yoluxub

Gündəm Materials 6 İyul 2022 03:25 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada son sutka ərzində 132 274 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 94 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi İtaliyanın Səhiyyə Nazirliyinə istinadən bildirib.

Bir gün əvvəl ölkədə 36 282 koronavirusa yoluxma faktı aşkar edilib, 59 nəfər ölüb.

İtaliyada son dəfə fevral ayında sukta ərzində aşkarlanan koronavirusa yoluxma hallarının sayı 100 mini keçib.

Hazırda İtaliyada 1 087 272 nəfər COVID-19-a yoluxub. Ümumilikdə, pandemiya başlayandan indiyədək ölkədə 18 938 771 nəfər yoluxub, ölənlərin sayı isə 168 698 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti