...

Ceyms Şarp: Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

Gündəm Materials 27 İyul 2022 23:20 (UTC +04:00)
Ceyms Şarp: Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

Bakı. Trend:

Tezliklə Böyük Britaniya - Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq.

Trend xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp yazıb.

"Bu mina aşkarlayan itin idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya - Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək", - deyə C.Şarp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti