Bakı. Trend:
Yeni Zelandiya avqustun 1-dən koronavirus infeksiyasının yayılması ilə əlaqədar 2020-ci ilin martında tətbiq edilən dövlət sərhədlərinin keçməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin turizm naziri Styuart Neş bildirib.
Onun sözlərinə görə, 1 avqust 2022-ci il tarixindən etibarən vizadan azad olma razılaşması olmayan ölkələrdən gələn turistlər və beynəlxalq tələbələr Yeni Zelandiyaya daxil olmaq üçün viza üçün müraciət edə bilərlər.
Nazir onu da qeyd edib ki, avqustun 1-dən etibarən kruiz gəmiləri və okean yaxtaları üçün bütün sanitar məhdudiyyətlər ləğv edilir.