Bakı. Trend:
Son günlər Azərbaycanda koronavirusa yoluxma halları artmaqdadır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, yoluxma hallarının artmaması üçün hər bir vətəndaş ilk növbədə gigiyenik qaydalara əməl etməlidir.
Onun sözlərinə görə, yoluxanların sayında bu ay ciddi artım olmayacaq.
“Bunun da əsas səbəbi Məhərrəm ayında toyların olmamasıdır. İnfeksiyanın qaydası budur ki, kütləvi toplaşma zamanı yoluxma artır. Bundan başqa vətəndaşlara tövsiyə etmək istərdim ki, qapalı yerlərdə maskalardan istifadə etsinlər",- deyə infeksionist bildirib.