...

"TikTok"da paylaşımlar edən bu qadının Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur - RƏSMİ (FOTO)

Gündəm Materials 8 Avqust 2022 12:41 (UTC +04:00)

Bakı. Trend:

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Trend xəbər verir ki, nazirlikdən bildirilib ki, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, sözü gedən şəxs "TikTok" sosial şəbəkəsində hərbi geyim formasında müxtəlif videolar paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti