...

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

Gündəm Materials 16 Avqust 2022 12:30 (UTC +04:00)
DSX-nin rəis müavini quru sərhədlərindən danışdı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti