...

“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2022 00:02 (UTC +04:00)
“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti