...

Azərbaycanlılar 30 il sonra Laçına qayıtdı - DHA

Gündəm Materials 26 Avqust 2022 15:46 (UTC +04:00)
Azərbaycanlılar 30 il sonra Laçına qayıtdı - DHA

Bakı. Trend:

Azərbaycanlılar 30 il sonra Laçına qayıtdı.

Trend-in məlumatına görə, bunu Türkiyənin "Demirören" xəbər agentliyinin (DHA) paylaşıdığı məqalədə qeyd olunub.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün azərbaycanlıların Laçına qayıtması ilə bağlı öz "Twitter səhifəsində açıqlama verib.

Məqalədə, həmçinin qeyd olunub ki, Laçın rayonu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycanın nəzarətinə geri qaytarılıb.

Xatırladaq ki, bu gün Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Hazırda qeyd olunan ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti