...

Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilər?

Gündəm Materials 7 Sentyabr 2022 13:48 (UTC +04:00)
Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilib-bilməmələrinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib ki, bunun üçün nazirliyə büdcə planlaması lazımdır.

"Biz bu prosesi könüllü etsəydik, yüksək bal toplamaq istəyən bütün müəllimlər sertifikasiyada öncə iştirak edəcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub, bildiyiniz kimi biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”,- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti