...

Türkiyə Rusiyadan gübrə ixracı ilə bağlı BMT ilə birgə çalışır - Çavuşoğlu

Gündəm Materials 25 Sentyabr 2022 20:06 (UTC +04:00)
Türkiyə Rusiyadan gübrə ixracı ilə bağlı BMT ilə birgə çalışır - Çavuşoğlu

Bakı. Trend:

Türkiyənin taxıl böhranındakı rolu dünyaya rahatlıq gətirdi. Taxılın qiyməti 2008-ci ildən bəri ilk dəfə təxminən doqquz faiz ucuzlaşıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hazırda biz gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün İstanbuldakı Koordinasiya Mərkəzində BMT ilə birgə çalışırıq", - deyə nazir bildirib.

M.Çavuşoğlu əlavə edib ki, bu məsələnin həlli üçün bəzi yollar tapılıb:

"Həmin Rusiya məhsulu sanksiya siyahısına daxil olmadığı üçün biz sığorta məsələləri, xidmətlər və xüsusilə ödənişlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti