Bakı. Trend:
Cəmbil və Alma-Ata vilayətlərində (Qazaxıstanın cənub və cənub-şərqində) sentyabrın 26-dan oktyabrın 8-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin təlimləri keçiriləcək.
Trend xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Eşelon-2022” xüsusi təlimi logistikanın təşkili məsələlərinin işlənib hazırlanmasına yönəlib.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.