...

İsveçdə keçirilən seçkilərdə Azərbaycan icmasının 6 üzvü mandat qazanıb

Gündəm Materials 26 Sentyabr 2022 18:39 (UTC +04:00)
İsveçdə keçirilən seçkilərdə Azərbaycan icmasının 6 üzvü mandat qazanıb

Bakı. Trend:

İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məsliclərinin mandatını qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər.

Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti