...

İlin sonunadək su hövzələrinə 7 milyona qədər balıq körpəsi buraxılacaq

Gündəm Materials 30 Sentyabr 2022 15:20 (UTC +04:00)
İlin sonunadək su hövzələrinə 7 milyona qədər balıq körpəsi buraxılacaq

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qızılağac Milli Parkının yaradılmasının 4-cü ildönümü münasibətilə 10 min çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxıldı. Onlardan 4 mini çəki, 3 mini ağamur və 3 mini ağ qalınalındır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Naxirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, bu il 45 min ədəd qızılbalıq, 565 min ədəd nərəcinsli balıq, 2,5 milyon kütüm balıq körpələri Xəzər dənizinə buraxılıb: "3 milyon 600 minə qədər çəkikimi balıqların - çəki, ağ qalınalın və ağamur müxtəlif su hövzələrinə - Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Yenikənd, Xanbulan, Şəmkir su anbarlarına, Kür çayına, Qarabağ və Şərqi Zəngəzurda isə Suqovuşana, Bərgüşad və Həkəri çaylarının qovuşduğu yerə və Xaçınçay su anbarına buraxılması nəzərdə tutulub. İlin sonunadək isə ümumilikdə yeddi milyona qədər müxtəlif balıq körpələrinin su hövzələrinə buraxılması planlaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti