...

Kütləvi məzarlıqda aşkarlanan 12 meyit Azərbaycan hərbçilərinə məxsusdur - Ədalət Həsənov

Gündəm Materials 5 Oktyabr 2022 10:55 (UTC +04:00)
Kütləvi məzarlıqda aşkarlanan 12 meyit Azərbaycan hərbçilərinə məxsusdur - Ədalət Həsənov

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan 12 meyitin hamısı Azərbaycan hərbçilərinə məxsusdur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib. O bildirib ki, aşkarlanan meyitlər üzərində işgəncə faktları da var:

“Qazıntı işləri aparılıb, 12 şəxsin meyiti aşkarlanıb, bu 12 şəxs ilk baxışdan da aydın olduğu kimi Azərbaycan hərbi qulluqçularının meyitləridir. Onlar hamısı paltarla dəfn olunub. Onlardan aşağıda meyit var ya yoxdu, hələlik məlum deyil. Amma hələlik üzdə olan 12 meyitdir. Həmin meyitlərin kütləvi və qeyri-insani dəfn edilməsindən məlum olur ki, onlara işgəncə və əzab verilib. Meyitlərin hamısının əlləri yuxarıdadır, səbəbini bilmirik. Onların hər birinin sümüyündə küt alətlərlə vurulmuş zədə və xəsarətlər, küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Meyitlərin sümükləri Məhkəmə Tibb Eksprtizası və Pataloji Anatomiya Birliyinin məhkəmə-kriminaslistika şöbəsində bir-bir müayinə ediləcək, qətldə odlu silahdan istifadə edilib-edilməməsi müəyyən olunacaq. Baş Prokurorluq tərəfindən qərarda qoyulan sualların hamısına mümkün dərəcədə cavablar veriləcək. Qətlə yetirilənlərin cinsi, yaşı, boyu, torpaqda qalma və öldüyü müddətlər təyin ediləcək. Hətta onların sağ vaxtı keçirmiş olduğu xəstəliklər sümük toxumalarından aşkar olunacaq”,- Ə.Həsənov deyib.

O bildirib ki, aşkar edilən meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onlar cavan və orta yaşlı hərbi qulluqçular olublar: “Meyitlərin ayaqlarının hər birinin iplə bağlanması aşkar edilib.

Ermənilər iddia edirlər ki, guya bu meyitlər onlar tərəfindən qətlə yetirilməyib, guya həmin meyitlər sonradan əraziyə qoyulub. Bu meyitlərin qətlə yetirilərək basdırılması torpaqla sümük qarışığı faktlarından məlum olur. Qalıqlar ya bu gün, ya da sabah götürülərək qablaşdırılacaq, şəxsi paltarları da bir kisəyə yığılıb həmin qutuya qoyulacaq və aparılacaq. Daha sonra onların hər birinin məhkəmə tibb ekspertizası aparılacaq. Sonda isə sümük nümunələri götürüləcək. Sümük nümunələrində problem olmayacaq, çünki həmin meyitlərin hamısının dişləri yerindədir. O dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası 15, genetik ekspertiza isə 15 gün çəkəcək.

Bundan əvvəl aşkarlanan meyitlərin isə ekspertizası hələ başa çatmayıb, iş gedir. Meyitlərin ekspertizası başa çatdırıldıqca nəticə Hərbi Prokurorluğa təqdim edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti