Bakı. Trend:
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 321 hektar ərazini minadan təmizləyib.
ANAMA-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.