Bakı. Trend:
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib.
Görüşlərdə "Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi
əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin
tərbiyəsində islam dininin rolu", eləcə də "Azərbaycan
qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri"
mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları
maraqlandıran suallar cavablandırılıb.
Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların
zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu
və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin
əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.