...

ICOMOS rəhbərliyi və xarici mədəni irs ekspertləri Qarabağa səfər ediblər (FOTO)

Gündəm Materials 7 Dekabr 2022 14:02 (UTC +04:00)
ICOMOS rəhbərliyi və xarici mədəni irs ekspertləri Qarabağa səfər ediblər (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Ağdam. Trend:

Mədəni İrsin Qorunmasına dair Beynəlxalq konfransda iştirak edəcək nümayəndə heyəti Qarabağa səfər edib

Trend-in məlumatına görə, dekabrın 8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyinin, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Bu gün sözügedən konfransda iştirak edəcək nümayəndələrin Qarabağa səfəri baş tutub. Qonaqlar Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər Xiyabanı, Dram teatrı, Cümə məscidinə baxış keçiriblər. Qonaqlar daha sonra, Füzuli rayonunun işğaldan azad edilmiş hissəsindəki mina sahələrinə, məzarlıqlarlara, dini abidələrin yerləşdiyi ərazilərə, habelə Füzuli hava limanına səfər ediblər. Eyni zamanda, həmin bölgələrdəki ekoloji terrorun izləti ilə tanış olublar.

Səfərdə ICOMOS-un vitse-prezidenti xanım Zeynəb Gül Ünal, ICOMOS-un Suriya və İraqda mədəni irsin qorunması üzrə işçi qrupun sədri cənab Samir Abdulac və ICOMOS Pakistan Milli Komitəsinin prezidenti xanım Fauzia Husain Qureshi, ICOM-ICME Prezidenti Ralf Çeplak Mençin olmaqla ümumilikdə 10 xarici ölkədən 20-yə yaxın xarici ekspertlər iştirak ediblər. Nümayəndə heyətini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS Azərbaycan Milli Komitəsinin, ICOM Azərbaycan Milli Komitəsinin, ADA Universitetinin nümayəndələri müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti