...

Azad olunmuş ərazilərdə mədəni irsə qarşı törədilmiş vəhşiliklərlə bağlı hesabat hazırlanıb

Gündəm Materials 9 Dekabr 2022 13:42 (UTC +04:00)
Azad olunmuş ərazilərdə mədəni irsə qarşı törədilmiş vəhşiliklərlə bağlı hesabat hazırlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə bizim mədəni irsimizə qarşı törədilmiş vəhşiliklərin bütün dünyaya çatdırılması üçün növbəti hesabat hazırlanıb.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, sözügedən hesabat ilin sonuna qədər təqdim olunacaq.

"İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi-siyasi dairələrinin törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq bizim əsas hədəfimizdir" - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti