...

Azərbaycanda 72 nəfər COVID-19-a yoluxub

Gündəm Materials 25 Dekabr 2022 17:33 (UTC +04:00)
Azərbaycanda 72 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 965 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.

Ölkədə son sutka ərzində 1 930, hazırkı dövrədək isə 7 420 424 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti