...

İtaliyanın kənd təsərrüfatı sektoruna dəyən ziyan 6 milyard avronu keçib

Gündəm Materials 28 Dekabr 2022 04:57 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ildə quraqlıq və əlverişsiz hava səbəbindən İtaliyanın kənd təsərrüfatına dəyən ziyan 6 milyard avronu ötüb.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın "Coldiretti" kənd təsərrüfatı malları istehsalçıları assosiasiyasından bildirilib.

Mütəxəssislər xatırladıb ki, 2022-ci il tarixdə ən isti il ​​hesab olunur: 11 ay ərzində İtaliyada havanın temperaturu orta səviyyədən 1,06 dərəcə yuxarı olub. Bundan əlavə, yağıntılar üçdə bir azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti