...

Rusiya sülhməramlılarına məxsus daha 2 təminat maşını aksiya ərazisindən maneəsiz keçib (FOTO/VİDEO)

Gündəm Materials 13 Yanvar 2023 18:29 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus daha 2 təminat maşını aksiya ərazisindən maneəsiz keçib (FOTO/VİDEO)

Bakı. Trend:

Şuşadan keçən Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Yük maşınları Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 23 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 33 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti